Tibbi müayinələr keçirilib
Oktyabrın 30-31-də “Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət proqramı”na əsasən məktəbdə tibbi müayinələr keçirilib. 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının terapevt, pediatr, allerqoloq, stomotoloq, oftolmoloq, nevropotoloq və digər ixtisaslı həkimləri şagirdləri tibbi müayinədən keçiriblər. Tibbi müayinələr zamanı şagirdlərdə heç bir ciddi xəstəlik aşkar olunmayıb. Onu da qeyd edək ki, bir neçə şagirddə qan azlığı, onurğa sütununun əyilməsi, müxtəlif göz xəstəlikləri aşkar edilib. Həkimlər müayinələrin cavabları ilə şagirdlərin valideynlərini məlumatlandırıb və təkrarən xəstəxanada ambulator müayinələrdən keçməyə göndəriş verib.