"Uşaq hüquqları aylığı" çərçivəsində tədbir

    Bildiyimiz kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində ölkədə “Uşaq hüquqları aylığı” elan edilib. E. Süleymanova aylıq çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT və KİV-lərə və digər qurumlara müraciət ünvanlayıb.

    Okyabrın 27-də məktəbdə aylıq çərçivəsində tədbir keçirilib. Tədbirdə Pirallahı rayon Polis İdarəsinin rəis müavini Fəxrəddin Babayev, rayon icra hakimiyyətinin nümayəndələri  Azad Namazov, Seymur Yusibov, məktəbin direktoru Mehparə Mansırova, tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova iştirak edib.Tədbirin keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

    F.Babayev şagirdlərə Uşaq Hüquqları Konvensiyası haqqında geniş məlumat verdi. Uşaq hüquqlarına aid videoçarxlar və slaydlar izləndi. Sonra şagirdlər arasında “Sənin hüququn nədir?” adlı sorğu keçirildi. Şagirdlər sorğuda fəal iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi