Riyaziyyat fənnindən açıq dərs keçirildi

Məktəbdə “Riyaziyyat aylığı” çərçivəsində keçirilən sonuncu açıq dərs gənc riyaziyyat müəllimi Nadirova Vəfanın VII sinifdə “Müxtəsər vurma düsturları” mövzusunda keçdiyi açıq dərsi oldu. Müəllim dərsin gedişatı prosesində interaktiv təlim metodlarından geniş şəkildə istifadə etmişdir. Dərsin əsas məzmunu slayd formasında hazırlanmış materialda öz əksini tapmışdır. Vəfa müəllim kompyuter texnologiyası vasitəsilə qurulmuş modellərlə düsturların mahiyyətini şagirdlərin nəzərinə çatdırdı. Bu isə şagirdlərin marağına və fəallıqlarının artmasına səbəb oldu. Əldə edilmiş yeni bilikləri daha da möhkəmləndirmək məqsədilə müəllim qrup işlərində verilmiş tapşırıqlarda şagirdlərə düstur əsasında misalı həll etməyi və ona uyğun model tərtib etməyi tapşırdı. Şagirdlər onlara verilən tapşırıqların öhdəsindən xüsusi cəldlik və məharətlə gəldilər. Açıq dərsdə məktəbin direktoru Mikayılov Şakir, Təlim-tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik, Tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda, metodbirləşmə sədri Ağaməliyev Möhsün, riyaziyyat müəllimi Həsənova Yeganə, İsmayılova Natavan, Hacıyeva Natavan, Əmirzadə Nurəngiz, VII sinfin ibtidai sinif müəlliməsi Əliyeva Nigar iştirak etmişdir. Dərsin müzakirəsi zamanı müxtəlif fəaliyyət növlərindən istifadə, müəllim-şagird münasibətinin düzgün qurulması dərsdə iştirak edən müəllimlər tərəfindən yüksək qiymətləndirilərək dərsin “Riyaziyyat aylığı” çərçivəsində keçirilən ən uğurlu, ən yaxşı dərslərdən biri hesab olunmasına qərar verildi. Sonda dərsdə iştirak edən bütün müəllimlər gənc olmasına baxmayaraq çox böyük pedaqoji potensiala malik olan həmkarlarına iş fəaliyyətində bundan da böyük uğurlar qazanmağı, daha yüksək zirvələr fəth etməyi arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi