18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür

    Oktyabr 18-də məktəbdə “Dövlət Müstəqilliyi Günü” nün 27-ci il dönümü ilə əlaqədar bir sıra işlər həyata keçirilib. Belə ki, məktəbin psixoloqu Röya Qəhrəmanova müstəqillik gününün yaranma tarixi haqqında şagirdlərlərlə söhbət aparıb. O, həmçinin müstəqilliyimizin bərpası ilə əlaqədar məlumatları da şagirdlərə çatdırıb. Qeyd edib ki, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.

    İbtidai sinif müəllimləri IV sinif şagirdləri ilə “Müstəqilliyimiz əbədidir” adlı inşa yazı müsabiqəsi keçiriblər.

  Məktəbəhazırlıq qrupunun müəllimi Nigar Mikayılova balaca şagirdlərə müstəqilliyimiz haqqında məlumat verib. Şagirdlər təsviri fəaliyyət məşğələsində bayraq rəsmini rəngləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi