Əylənərək öyrənək
Oktyabrın 17-də ibtidai sinif müəllimi Pərvanə İsmayılova texnologiya fənnindən “Bitkilər və onların insan sağlamlığında rolu” mövzusunu əylənərək öyrədilməsini həyata keçirib. Dərsin bu tipdə keçirilməsində əsas məqsəd insan sağlamlığını qorumaq, bərpa etmək üçün yalnız idmanla məşğul olmaq, zərərli vərdişlərdən uzaq durmaq, vaxtında peyvənd vurdurmaq və mövsümə uyğun geyinməklə kifayətlənməməyi aşılamaq idi.
Bunlarla yanaşı müəllim orqanizmin lazımi vitaminlərlə təmin olunması üçün bolluca meyvə və tərəvəzlərdən istifadə edilməsini tövsiyə etdi. Şagirdlər meyvə, tərəvəzlərin hansı vitaminlərinlərlə zəngin olduğunu, orqanizmə xeyirini və xüsusən də son illərin bəlası olan xərçəng xəstəliyi ilə mübarizədə istifadə olunan qida məhsullarının adlarını qeyd etdilər.
Daha sonra şagirdlər “Sağlam qidalanıb sağlam olaq” prinsipinə əsaslanaraq kiçik aşpazlartək çoban salatı, meyvə salatı və digər tərəvəzlərdən salatlar hazırlayıb, təqdim etdilər.