“Ümumdünya çörək günü” adlı tədbir

    Oktyabrın 16-da  “Ümumdünya çörək günü” ilə əlaqədar məktəbin ibtidai sinif müəllimi İradə Muradovanın təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd müqəddəs nemət olan çörəyə sevgini artırmaq, onu uca tutmağı şagirdlərə aşılamaqdan ibarətdir. Tədbirdə məktəbin direktoru Mehparə Mansırova, ibtidai sinif müəllimləri və şagirdlər iştirak edib. İradə Muradova öz çıxışında bildirib ki, çörək qədim zamanlardan xalqımızın sərvəti, bolluq və bərəkət  rəmzi sayılır. Azərbaycanda  çörəyə xüsusi  hörmət var.  Uşaqdan böyüyə hamı müqəddəs nemət kimi çörəyə böyük ehtiramla yanaşır. Ölkəmizdə çörəksiz süfrə təsəvvür etmək mümkün deyil. O, həmçinin şagirdlərə  çörəyin yaranma tarixi, hazırlanma prosesi haqqında geniş məlumat verib. Görkəmli şairlərin şeirlərindən bir neçə parça söyləyib.

    Sonra şagirdlər onlara tapşırılmış "Çörək elin sərvətidir adlı" inşalarını oxudular, bəzilər bir neçə deyimlər səsləndirdilər: "Çörək bol olarsa, basılmaz vətən", " Çörəyi ver çörəkçiyə, birini də üstəlik".

    Tədbirdə müxtəlif ölçüdə, çəkidə və dadda olan çörəklər, fəsəli, yağlı kökə, fətir, yuxa, lavaş, qutab, qoğal və s.un məmulatlarından hazırlanan qida nümunələri təqdim olunub.

    İ.Miradova şagirdlər arasında çörəkkəsmə də etdi.

    Adətimiz belədir. Əsl dostluğu elə çörək kəsməklə başlayırlar. And içəndə də çörəyə and içirlər. Bunların hamısı çörəyin müqəddəsliyini göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi