Şagirdlərimiz 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edib

    Oktyabrın 12-də məktəbin 9 b sinfinin rəhbəri Natəvan Hacıyevanın təşkilatçılığı ilə şagirdlərin Bakı Ekspo Mərkəzində “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirakı təmin olunub. Şagirdləri sərgiyə aparmaqda məqsəd onların təhsilə olan marağını artırmaq, dünya görüşlərini formalaşdırmaq, gələcəkdə seçəcəkləri ixtisaslara istiqamət verməkdən ibarətdir.

    Şagirdlər ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə, onların əl işləri ilə yaxından tanış olublar. Onlara Azərbaycanda və xaricdə olan ali məktəblər haqqında ətraflı məlumatlardan ibarət jurnal və kitablar hədiyyə olunub. Sərgi müəllim və şagirdlər üçün yaddaqalan olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi