Məktəbimizdə məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

    Bildiyimiz kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının icrası barədə” 05 avqust tarixli 549 nömrəli əmrlərinin tələblərinə uyğun olaraq  ümumtəhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupları təşkil edilir. Oktyabrın 1-də  bütün ümumi təhsil məktəblərində olduğu kimi məktəbimizdə də məktəbəhazırlıq qruplarında 2018-2019-cu tədris  ili üzrə ilk məşğələlərə başlanıb.

    Uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunması onların birinci sinfə daha hazırlıqlı başlaması və tədris göstəricilərinin yaxşılaşdırılması məqsədlərinə xidmət edir.

Həmçinin, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

    Uşaq sayından  asılı  olaraq məktəbdə  3 məktəbəhazırlıq  qrupu  açılıb. Bu qruplardakı uşaqlarla ixtisasartırma təlimlərində iştirak etmiş ibtidai sinif müəllimləri- Əmirova Xırdaxanım, Orucova Amaliya və Mikayılova Nigar məşğul olacaq.

    Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilməyi planlaşdırılıb. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

    Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi