“Dünyaya sülh”- fləşmob

Sentyabın 18-də Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə məktəbdə Beynəlxalq Sülh Günü ilə əlaqədar “Dünyaya sülh” başlığı altında fləşmob keçirilib. Məktəbin V-VIII siniflərində təhsil alan 100 şagirdin iştirakı ilə azadlıq və sülh simvolu olan göyərçin quşunun rəsmi çəkilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov fləşmob iştirakçılarına Beynəlxalq Sülh Gününün zərurətdən yarandığını və vacibliyi barədə məlumat verib. Əbədi mövzu olan sülh mövzusunu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, həmçinin çıxışında qeyd edib ki, görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyev Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı. 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq müstəvisində həlli üçün əsaslı addımlar atır.
Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının məsul əməkdaşları şagirdlərlə xatirə şəkli çəkdiriblər.