Məktəbimizdə Riyaziyyat aylığına həsr olunmuş rəsm, əl işləri sərgisi, divar qəzetlərinin hazırlanması prosesi davam edir

Bildiyimiz kimi şagirdlərimizdə Riyaziyyat fənninə olan marağı artırmaq, eləcə də, tədrisin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə məktəbimizin tədbirlər planına uyğun olaraq yanvar ayı “Riyaziyyat aylığı” elan olunmuşdur. Bu məqsədlə yanvar ayının əvvəlindən etibarən məktəbimizdə ciddi hazırlıq işləri gedir. Riyaziyyat aylığı ilə bağlı olaraq məktəbimizdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərə riyaziyyatla bağlı divar qəzetlərinin hazırlanması, rəsm sərgisinin həyata keçirilməsi, debatların və elmi müzkirələrin təşkil edilməsi, ibtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı monitorinqlərin təşkil edilməsi, qarşılıqlı dərs dinləmə proseslərinin icrası , müasir və fəal təlim metodları ilə açıq dərslərin keçirilməsi, məktəbin bütün siniflərini cəlb etməklə “Riyaziyyat gecəsinin” təşkil olunması və s. yanvar ayı ərzində həyata keçirilməsi nəzərdə tutulmuş zəruri tədbirlər silsiləsindəndir. Məktəbimizdə açıq dərslərin keçirilməsindən əlavə, riyaziyyata dair rəsm, əl işləri, müəllim və şagirdlərimiz tərəfindən hazırlanmış əyani vəsaitlərin sərgilərini və divar divar qəzetlərinin hazırlanmasını özündə əks etdirən foto materialları saytımızın izləyicilərinin və oxucularının nəzərinə çatdırırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi