Məktəblilər üçün ekskursiyalar təşkil olunub

    Məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün mütəmadi olaraq ekskursiyalar təşkil olunur. Mayın 30-da məktəbin tarix müəllimi Zeynalova Aygün V-VII sinif şagirdlərini Azərbaycanda  yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzey olan dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim, iki dəfə Dövlət mükafatı lauryatı Səməd Vurğunun ev muzeyinə ekskursiyaya aparıb. Muzey işçisi şagirdlərə eksponatlar haqqında ətraflı məlumat verib. Daha sonra şagirdlər üçün XVII əsrə aid olan Suraxanı rayonunda inşa edilmiş Atəşgah məbədinə də ekskursiya təşkil edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi