IV siniflərdə monitorinq
"Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar məktəbin IV siniflərində Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə həftə ərzində monitorinqlər keçirilib. Monitorinqlərdə məktəb rəhbərliyi iştirak edib. IV sinif səviyyəsinə tam uyğun olaraq kurikulum standartlarına cavab verən test və açıq tipli suallardan ibarət tapşırıqlar metodbirləşmə sədrləri və fənn müəllimləri tərəfindən hazırlanıb. Nəticələr pedaqoji şuranın iclasında müzakirə ediləcək.