İbtidai siniflərdə test anket sorğusu keçirilib
21-22 may tarixlərdə məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri Muradova İradə və ibtidai sinif müəllimi Balayeva Aynurə "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi" ilə əlaqədar ibtidai siniflər arasında “Azərbaycanımızı tanıyaq” adlı test anket sorğusu keçirib. Sorğunun keçirilməsində məqsəd ibtidai sinif pilləsində olan şagirdlərə Müstəqil Azərbaycanımız haqqında vacib olan məlumatları çatdırmaqdır. Gələcəyin hər bir vətənpərvər övladı Vətənimizin tarixini, mədəniyyətini, incəsənətini yaxşı öyrənməli, onları qorumalıdır. Sorğu nəticəsində suallara tam cavab verib qalib olan siniflərə diplomlar verilib.