Coğrafiya fənnindən yarış
Mayın 11-də məktəbin coğrafiya müəllimi İsmayılova Sədaqət VI siniflər arasında yarış keçirib. Müəllim qeyd edib ki, yarışın keçirilməsində məqsəd coğrafiya fənnini şagirdlərə sevdirməkdir.
Münsiflər heyəti tərkibində rəhbər işçilər və bir neçə müəllim olub. Hər sinifdən fənni əla və yaxşı bilən şagirdlər komanda şəklində yarışıblar. Onlar birinci hissədə müəllimin verdiyi sualları cəld və düzgün cavablandırmaq üçün yarışıblar. İkinci hissədə isə müəllim hər komandaya fərqli mövzularda tapşırıqlar verib. Daha dolğun və ətraflı cavab verən 6 c sinfinin şagirdləri münsiflər tərəfindən yüksək balla qiymətləndirilərək birinciliyi qazanıblar. Ümümilikdə hər 3 komanda üzvləri fəal iştirak ediblər.