"RİYAZİYYAT" AYLIĞI ÇƏRÇİVƏSİNDƏ İLK AÇIQ DƏRSİMİZ KEÇİRİLDİ

Müasir dövrdə həyatda, istehsalatda tətbiqinə, ondan istifadə edilmə səviyyəsinə görə riyaziyyat digər elmlər arasında xüsusi yer tutur. Riyaziyyatın tətbiq sahələri çox olduğuna görə şagirdlərin gələcək həyat, istehsalat fəaliyyətinə hazırlanmasında riyaziyyat təlimi mühüm əhəmiyyət kəsb edir.Riyaziyyatın həyatla əlaqəli tədrisi riyaziyyatdan nəzəri materialın şagirdlər tərəfindən daha şüurlu mənimsənilməsinə yardım göstərir.Bütün bunları nəzərə alaraq, şagirdlərdə riyaziyyata marağı artırmaq üçün, eləcə də tədrisin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə məktəbin tədbirlər planına uyğun olaraq yanvar ayı “Riyaziyyat aylığı” elan olunmuşdur. Tədbirlər planında riyaziyyat fənni ilə bağlı bir çox məsələlər öz əksini tapmışdır. Onlardan da biri məktəbimizdəki bütün riyaziyyat müəllimlərinin ay ərzində açıq dərslərinin keçirilməsidir. Bu məqsədin həyata keçirilməsi baxımından məktəbimizdə keçirilən ilk açıq dərs Abusətdarova Səbuhənin 5-ci sinif riyaziyyat fənnindən “Onluq kəsrlərin natural ədədə vurulması” mövzusunda keçirilən dərsi idi. Açıq dərsdə fəal təlimin bütün mexanizmlərindən istifadə olunmuş, dərsdə standartı reallaşdırmaq prinsipi əsas götürülmüşdür. Dərs prosesində müxtəlif interaktiv tapşırıqlar və qruplarla iş aparıldı. Dərslik üzrə bir neçə şifahi sual – cavab keçirildi. Oyun tipli suallar verildi. Şagirdlər öz fikirlərini tapşırıqlar vasitəsilə isbat etməyə çalışdılar. Açıq dərsin keçirilməsi prosesində məktəbin direktoru Mikayılov Şakir , Təlim-tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik, Tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda, metodbirləşmə sədri Ağaməliyev Möhsün, riyaziyyat müəllimləri İsmayılova Natavan, Nadirova Vəfa, 5 a sinfinin ibtidai sinif müəllimi Əmirova Xırdaxanım iştirak etmişdir. Dərsin yekununda şagirdlər fəallıq dərəcəsinə görə qiymətləndirilmişdir. Açıq dərsdə iştirak edən müəllimlər dərsin müzakirəsi zamanı dərs prosesində müşahidə etdikləri müsbət və mənfi məqamları fənn müəlliminin nəzərinə çatdırmış, bütövlükdə müasir dərsə verilən tələblər baxımından dərsi müsbət qiymətləndirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi