Xocalı qan yaddaşımızdır!

1992-ci il qış aylarında Xocalıda yaşayan əhalinin arasına çaxnaşma düşdü. Bu çaxnaşma erməni işğalçılarının Xocalıya basqını idi. Erməni işğalçıları tanklarla ,top -tüfənglə , odlu silahlarla silahlanmışdılar. Əhali yaman həyacanlanmışdı. Düşmənlər şəhərə girəndə əhali arasında çaxnaşma olduğunu görüb,bu fürsətdən böyük cəsarətlə istifadə etdilər və silahları camaata tuşladılar. Əli silah tutan adamlar şəhərin kənarına,səngərlərə tərəf gedir,yaşlılar isə əhalini sakitləşdirməyə çalışırdılar . Artıq gec idi. Düşmənlər-yəni erməni işğalçıları artıq şəhərə soğulmuşdular. Axşam düşəndə qocaları ,qadınları ,uşaqları şəhərdən çıxarmaq qərarına gəldilər. Adamlar vahimə içində şəhəri tərk etməyə başladılar. Raketlər ,toplar guruldadı. Təyyarə meydanı partladıldı,evlər dağıdıldı,hər-tərəfi yanğın bürüdü. Elə gözəl şəhər cəhənnəmə bənzəyirdi. Əliyalın ,silahsız adamlar məcbur olub meşəyə dağ-dərəyə üz tuturdular. Lakin tanklar ,silahlanmış erməni işğalçıları əllərində odlu silahlar ilə əhalinin peşini buraxmırdı. Onlar dinc əhalini güllə-baran etdilər. Camaatın az bir hissəsi qaçıb özünü meşəyə çatdıra bildi. Lakin cəlladlar meşəni gəzib neçə yerdə insanları gülləyə tutdular.Bizdə məktəbimizdə şagirdlərlə birlikdə bu acı xatirəni yad etdik. Xocalı faciəsini əks etdirən ədəbi bədii kompozissiya hazırlanmış , stendlər düzəldilmiş ,sinif saatlarında bu mövzuda söhbətlər aparılmış , şagirdlərin xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi