Mükafatlandırma
Aprelin 17-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirib. Hesabat yığıncağında rayonun idarə, müəssisə, təşkilatlarının təmsilçiləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş, keçirilən tədbirlərdə fəal iştirak etmiş bir qrup rayon sakini Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb. Mükafatlandırılanlar sırasında məktəbimizin direktoru Mehparə Mansırova da olub. Biz də öz növbəmizdə məktəbin bütün kollektivi adından Mehparə xanımı təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.