“Oxu günü”nə həsr olunmuş tədbirlər keçirilib

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04 aprel 2018-ci il F-148 nömrəli əmrini əsas götürərək aprelin 16-dan məktəbdə “Oxu həftəsi”nə start verilib. “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir. “Oxu günü” tədbirinin keçirilməsi məqsədilə tədbirlər planı işlənib hazırlanıb. Tədbirlər planında nəzərdə tutulan tədbirlərin bəziləri həyata keçirilib.

   Aprelin 16-da Qılman İlkinin “İntiqam” əsərinin oxusu və müzakirəsi keçirilib. Müzakirəni məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İsmayılova Pərvanə və kitabxanaçısı Niftəliyeva Ülviyyə edib. Müzakirədə IX sinif şagirdləri iştirak edib. Şagirdlərə vətənpərvərlik tərbiyəsi aşılanıb.

    Ayrelin 17-də Azərbaycan dili və ədəbiyyat müəllimi Musayeva Sevdanın təşkil etdiyi Mir Cəlal Paşayevin “Bahar” hekayəsinin oxusu və müzakirəsi keçirilib. Müzakirədə məktəbin tərbiyə işləri üzrə direktor müavini, kitabxanaçısı,  psixoloqu, V-VII sinif şagirdləri iştirak ediblər.

    Aprelin 18-də isə məktəbin kitabxanaçısı V-VII sinif şagirdlərinin iştirakı ilə  “Hərəyə bir kitab oxuyaq” adlı fləşmob keçirib.

   Aprelin 19-da Ədəbiyyat və İncəsənət muzeyinə şagirdlərin ekskursiyası nəzərdə tutulub. Ekskursiya məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Manafova İlhamə və kitabxanaçısı Niftəliyeva Ülviyyə tərəfindən icra olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi