“Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nın birinci mərhələsi keçirilib

    Bildiyimiz kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyevanın 05 aprel 2018-ci il tarixli F-152 nömrəli əmrinə əsasən “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nın keçirilməsi nəzərdə tutulub. Olimpiadanın keçirilməsində məqsəd ümumtəhsil müəssisələrin V-VI sinif şagirdlərinin müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq, bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə, yarışlarda iştirak təcrübəsini artırmaq, istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyl və bacarıqlarını daha da inkişaf etdirməkdir.

    Aprelin 14-də məktəbdə olimpiadanın birinci mərhələsi keçirilib. Olimpiadada 13 nəfər V-VI sinif şagirdləri iştirak edib. Olimpiada saat 10:00-da başlanıb. Şagirdlər 25 sualdan ibarət test tapşırığını 90 dəqiqə ərzində cavablandırıblar. İlk turda müsbət nəticə göstərən şagirdlər mayın 26-da keçiriləcək final turuna qatılacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi