“Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və Müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır”
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 fevral 2018-ci il tarixli F-109 nömrəli əmrini icra etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçilirməsi barədə” tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”nə həsr olunmuş silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub.
Aprelin 13-də məktəbin tarix müəllimi Zeynalova Aygün VIII sinif şagirdləri ilə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və Müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır” adlı “Dəyirmi masa” keçirib. Müəllim şagirdlərə Şərqdə ilk parlamentli demokratik respublika haqqında geniş məlumat verib. O, Cümhuriyyətin yaranmasında əvəzsiz xidmətləri olmuş şəxsiyyətlər barəsində tarixi faktlara söykənən məlumat verib. Şagirdlərlə müəllimin fikir mübadiləsi bir daha göstərib ki, yeni nəslin gəncləri müstəqil dövlətin tarixini yaxşı bilir.
Sonda Azərbaycan Xalq Cümhuriyyətdən bəhs edən sənədli film nümayiş etdirilib.