“1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü” ilə əlaqədar məktəbdə silsilə tədbirlər keçirilib
“1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 23 fevral 2018- ci il tarixli F–151 nömrəli əmrin icrasını təmin etmək məqsədilə məktəbimizdə bir sıra silsilə tədbirlər təşkil olunub.
Məktəbin UBR Abasova Zülfünaz və psixoloqu Qəhrəmanova Röya martın 28-də VII-VIII siniflərdə “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda esse yazdırıblar.
Rəsm müəllimi Həsənova Günel martın 28-də V-VIII siniflərdə rəsm sərgisi və foto-stend nümayişi təşkil etdirib.
İbtidai siniflər üzrə metodbirləşmə sədri Muradova İradə martın 29-da I-IV sinif şagirdləri ilə “Soyqırım nədir ?” mövzusunda müzakirə xarakterli dərs keçib.
Tarix müəllimi Sadıxova Səkinə martın 30-da IX-XI siniflərdə " 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı xüsusi dərs " keçib, Soyqırım dəhşətləri haqqında şagirdlərə ətraflı məlumat verib.
Psixoloq Qəhrəmanova Röya tərəfindən martın 30-da V-VI siniflərdə 31 Mart Soyqırımını əks etdirən bədii, sənədli filmlər, videoçarxlar nümayiş etdirilib. Şagirdlərlə vətənpərvərlik mövzusunda söhbətlər aparılıb.