Təmayül siniflərdə dərsdinləmələr keçirilib
Təmayül sinifdə tədrisin vəziyyətinin öyrənilməsi məqsədilə martın 5-dən etibarən 10 a sinfində müxtəlif fənlərdən dərslər dinlənilmişdir. Azərbaycan tarixi fənnindən Sadıqova Səkinə martın 5-də “Şah Abbasın islahatları”, Azərbaycan dili fənnindən Alxasova Sevda martın 6-da “Mirzə Səfər” mətni üzərində iş, riyaziyyat fənnindən martın 12-də Nadirova Vəfa “Piramidanın yan və tam səthinin sahəsinin hesablanması ”, coğrafiya fənnindən Şamilova Təhminə martın 15-də “Kür dağarası çökəkliyi” mövzuları üzrə aparılan dərslər kurikulumun tələblərinə uyğun, elmi cəhətdən düzgün pedaqoji ustalıqla şagirdlərin tam potensial imkanlarının açıqlayaraq keçirilib. Müəllimlər müasir texnologiyalardan, əyani vəsaitlərdən, məqsədəuyğun istifadə etdilər. Dərs deyənlər mövzuların həyatda tətbiqinə, müasirliklə əlaqəsinə xüsusilə fikir veriblər.