Həmkarlar İttifaqı Təşkilatı qadın kollektivini təbrik edib
Martın 7-də məktəbin Həmkarlar İttifaqı Təşkilatının sədri Əhmədov Lətif qadın kollektivini 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. O, çıxışında qadınların cəmiyyətdə tutduğu mövqeni, hər bir sahədə qazandıqları uğurların önəmli olduğunu bir daha vurğulayıb, kollektivdə işləyən qadınlara bu çətin və şərəfli peşədə uğurlar arzulayıb. Sonra qadınlara Həmkarlar İttifaqı Təşkilatı tərəfindən hədiyyələr təqdim olunub.