Şagirdlərimiz "Vətən uğrunda" abidə kompleksini ziyarət ediblər

    Xocalı  faciəsinin  26-cı  ildönümü  ilə  əlaqədar  26.02.2018-ci  il  tarixdə  məktəbin  2 c  sinfi ilk  dərsdə  Xocalı  faciəsi  zamanı  həlak  olmuş  insanların  əziz  xatirəsini 1  dəqiqəlik  sükutla  yad  ediblər.    

    1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  yeddi  min  əhalisi  olan  Xocalı şəhərində  106  nəfər  qadın, 63  azyaşlı  uşaq, 70  qocanın  öldürülməsi, 8  ailənin  tamamilə  məhv  edilməsi, 25  uşağın  hər  iki  valideynini  itirməsi, 1275  nəfərin girov  götürülməsi, 150 nəfərin isə  taleyinin  hələ  də  məlum  olmaması  haqqında  müəllim  uşaqları  məlumatlandırıb. Müəllim  İsmayılova  Pərvanə qeyd  edib ki, bu  faciəni yalnız  Xocalı  əhalisinə  deyil, bütövlükdə  Azərbaycan  xalqına  qarşı  olan  zorakılıq  kimi  qiymətləndirmək  olar.                                 

    Daha  sonra  şagirdlər gələcək  nəslin  vətənpərvər  ruhda  inkişaf  etməsi  məqsədilə 2 c   sinfinin  rəhbəri  İsmayılova  Pərvanənin  təşkilatçılığı Pirallahı  rayonunda  yerləşən  "Vətən  uğrunda " abidə  kompleksini  ziyarət  edərək  abidə  önünə  qərənfillər  düzüblər. Şagirdlər  abidə  önündə  bu  soyqırımı  törədənlərin   cəzasız  qalmayacığına  əmin  olduqlarını  bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi