Məktəbimizdə “Açıq qapı” günü: Nəzəriyyədən təcrübəyə

Bildiyimiz kimi dekabrın 7-dən 22-dək Bakının 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə edən məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması ilə bağlı “açıq qapı” günləri keçirilir. Son illərin keyfiyyət göstəricisinə, qəbul faizinə görə məktəbimiz öz ənənəsinə sadiq qalaraq hər zaman olduğu kimi bu dəfə də liderliyini qoruyub saxladığı üçün bu layihə çərçivəsində Pirallahı rayonu üzrə ən qabaqcıl, ən nümunəvi məktəb olaraq seçilmişdir. Uğurlu nəticə qazanmış məktəblərin təcrübəsinin öyrənilməsi istiqamətində “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” günü məktəbimizdə 17 dekabr tarixində keçirildi. Həmin tarixdə məktəbimizə gələn çoxsaylı qonaqlar arasında BBTİ-in müdir müavini Məhəbbət Əliyeva, Lamiyə Şərəfxanova və digərləri, eləcə də Pirallahı rayon məktəblərinin direktorları, direktor müavinləri, UBR-ləri, psixoloqları və fənn müəllimləri var idi. Gələn qonaqlar əvvəlcə məktəbimizin foyesində təşkil olunmuş əl işləri sərgisi ilə tanış oldular. Sonra təlim otaqlarına dəvət olundular. İlk olaraq direktorların, təşkilati işlər üzrə direktor müavinlərinin və məktəb psixoloqlarının təqdimatı başladı.Xüsusi ayrılmış otaqlarda beş dəqiq fənn və ibtidai sinif müəllimləri üçün təlimlər təşkil olunmuşdu. Təlimlərdən sonra müəllimlər açıq dərsləri dinləməyə dəvət olundular. Dərslər ibtidai sinif (4-cü sinif), riaziyyat (9-cu sinif), biologiya (7-ci sinif), kimya (10-cu sinif), fizika (11-ci sinif), informatika (8-ci sinif) fənləri üzrə uğurla keçirildi.Gələn qonaqlar, tədbirin təşkilini, direktor, direktor müavini, psixoloqumuzun təqdimatını, müəllimlərimizin açıq dərslərini çox bəyəndilər. Məktəbimizdən hər zaman xoş təəssüratlar, gülər üzlə ayrıldıqlarını, burada xüsusi bir səmimiyyət, mehribanlıq, müsbət aura olduğunu xüsusi olaraq vurğuladılar. Uğurların bol olsun 168!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi