"Olimpiya Hərəkatı" layihəsi çərçivəsində keçirilən idman yarışları üzrə məktəbimizin uğurları
“Olimpiya Hərəkatı” idman proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan Coca-Cola şirkəti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə icra olunur. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəbliləri yüngül atletika, veloidman, basketbol (3x3) və badminton idman növləri üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etmək, şagirlərə sağlam və aktiv həyat tərzini, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. “Olimpiya Hərəkatı” proqramı müntəzəm şəkildə fiziki fəaliyyətə cəlb etməklə uşaqların, həmiçinin onların valideynlərinin fiziki aktivliyinin artmasına təkan verir.Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində keçirilən məktəblilərin Bakı şəhər birinciliyində Pirallahı Rayonunun məktəbliləri də çox fəal iştirak etmişlər. Badminton, Velosiped, Atletika və Basketbol üzrə Pirallahı Rayon üzrə keçirilən idman növlərində məktəblilərimizin uğurları aşağıdakı kimi sıralanmışdır:Badminton idman növü üzrə : I Yer – 168 saylı tam orta məktəb, II Yer - 243 saylı tam orta məktəb,III Yer – 235 saylı tam orta məktəb. Velosiped idman növü üzrə: I Yer – 235 saylı tam orta məktəb,II Yer - 243 saylı tam orta məktəb,III Yer – 168 saylı tam orta məktəb.Atletika idman növü üzrə: I Yer – 168 saylı tam orta məktəb,II Yer - 235 saylı tam orta məktəb,III Yer – 186 saylı tam orta məktəb.Basketbol idman növü üzrə: I Yer – 168 saylı tam orta məktəb,II Yer - 243 saylı tam orta məktəb,III Yer – 235 saylı tam orta məktəb.I, II, III yeri tutan məktəblərin komandaları Bakı birinciliyi uğrunda yarışlarda iştirak etmək üçün lisenziya qazanmışlar.Şagirdlərimizin hər birinə bol uğur, müvəffəqiyyət, müəllimlərimizə əməklərinin nəticəsini görməyi arzu edirik.