Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu nəsillərə nümunədir” mövzusunda dəyirmi masa keçirildi

11 dekabr tarixində məktəbimizdə “Dünya azərbaycanlılarının ümummilli lideri, qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu nəsillərə nümunədir” mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparılmışdır. Tədbir ənənəvi olaraq Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlamışdır. Tədbiri giriş sözü ilə açan məktəbimizin tarix müəlliməsi Zeynalova Aygün görkəmli dövlət xadiminin Azərbaycanda demokratik islahatların aparılmasında, iqtisadiyyatın, təhsilin, səhiyyənin hərtərəfli inkişafında, müasir gəncliyin formalaşmasında rolundan danışmış, bu haqda şagirdlərə ətraflı, zəngin məlumat vermişdir. Daha sonra çıxış edən şagirdlər Heydər Əlirza oğlu Əliyevin həyatı və siyasi rəhbərlik dövrlərini nəql etmiş, Heydər Əliyev fondunun hansı məqsədlə, nədən irəli gələrək açılması haqqında suallar əsasında fikir mübadiləsi aparmışlar. Dəyirmi masa ətrafında şagirdlər həmçinin Heydər Əliyev mərkəzinin inşa edilməsi və sərgi zalları haqqında, "Heydər Əliyev " ordenin təsis edilməsi və onun laureantları barəsində də maraqlı məlumat və biliklərini bir-biri ilə bölüşmüşlər. Diskussiya prosesində sadalanan bütün faktlar əyani olaraq Heydər Əliyev haqqında hazırlanmış təqdimatın slaydlarında şagirdlərə nümayiş olumuşdur. Sonda Heydər Əliyevin xatirəsinə həsr olunmuş, onun keçdiyi şərəfli ömür yolunu özündə əks etdirən videoçarxın nümayiş olunması tədbir iştirakçılarını kövrəldib göz yaşlarına boğmaqla yanaşı, onların hər birinə sonsuz qürur, fərəh hissləri də yaşatmışdır.Tədbirin gedişatı məktəbimizin direktoru Mikayılov Şakir və tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda tərəfindən əyani olaraq izlənilmişdir. Onlar tədbirin bütün gedişatı prosesində şagirdlərin mövzu ətrafında müzakirəsi, bilik dairəsi, məktəbimizin gənc müəllimlərindən olmaqla yanaşı böyük potensiala malik olan müəlliməsi Zeynalova Aygünün bu cür mötəbər bir tədbiri həyata keçirmə texnikası haqqında müvafiq qeydlər apamışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi