Məktəbimizdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Prezident İlham Əliyevin Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında imzaladığı 2 aprel 2015-ci il tarixli sərəncama əsasən məktəbimizdə görkəmli Azərbaycan generalı, hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. Məktəbimizin tarix müəlliməsi Zeynalova Aygünün təşəbbüsü və rəhbərliyi ilə keçirilən tədbirdə məktəbin IX-X sinif şagirdləri ilə yanaşı, direktor müavinləri B. Kəklik, R. Sevda, hərbi rəhbər M. Əbdülxalıq, tarix müəlliməsi S. Səkinə də iştirak etmişdir. Tədbir Dövlət himninin möhtəşəm sədaları altında başladı. Sonra Cəmşid Naxçıvanskiyə həsr olumuş sənədli filmdən parçalar nümayiş olundu. Tədbirin davamında məktəbimizin tarix müəlliməsi Zeynalova Aygün çıxış edərək Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin hərb tariximizdəki müstəsna xidmətlərindən, bacarıqlı sərkərdə kimi keçdiyi şərəfli döyüş yolundan və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə göstərdiyi şücaətlərdən danışıb. O, istedadlı hərbi xadimin Azərbaycan hərb tarixində mühüm iz qoyduğu, istər çar Rusiyası ordusunda, istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də Sovet hakimiyyəti illərində hərbi anda sadiq qalaraq mövcud hakimiyyətə şərəflə xidmət göstərdiyini, yüksək ixtisaslı hərbi kadrların hazırlanmasında fəal mövqe tutduğunu qeyd edib. Daha sonra çıxış edən müəllimlər Cəmşid Naxçıvanskinin Azərbaycanın hərb tarixində keçdiyi şərəfli döyüş yolundan danışıblar. Bildirilib ki, görkəmli hərbi xadim ölkədə yüksək ixtisaslı hərbçi kadrların hazırlanmasında da əvəzsiz xidmətlər göstərib. Məktəbin hərbi hazırlıq müəllimi Mustafayev Əbdülxalıq öz çıxışında generalın keçdiyi ömür yolunun hər bir Azərbaycan gənci üçün nümünə olduğunu söylədi. Sonda şagirdlərimiz Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini özündə əks etdirən məruzələrlə çıxış etdilər.Tədbirin yekununda böyük sərkərdənin şəkillərindən, onun haqqında yazılan kitablardan, qəzet və jurnal məqalələrindən ibarət sərgiyə baxış keçirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi