IX siniflərdə monitorinq keçirilib
22 dekabr 2017-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin IX sinifləri arasında azərbaycan dili fənni üzrə monitorinq keçirilib. Məqsəd şagirdlərin oxu və yazı qabilliyətlərini yoxlamaq olub. Şagirdlərə ifadə yazmaq üçün 45 dəqiqə vaxt verilib. 10 dəqiqəlik fasilədən sonra onlar 25 dəqiqə müddətində 15 test tapşırığını cavablandırıblar.