Maarifləndirici tədbir keçirilib

Son günlərdə sosial şəbəkələrdə yayılan “ Mavi balina” və bu kimi kompüter oyunlarının hədsiz yayılmasının qarşısını almaq məqsədilə valideynlərlə maarifləndirmə işi aparılır. Bu məqsədlə 15 dekabr 2017-ci il tarixdə Rəhimova Sevda və psixoloq Qəhrəmanova Röya valideynləri bir yerə cəm edib “ Mavi balina ” neçə-neçə yeniyetmənin həyatına son qoydu” mövzusunda maarifləndirici söhbət aparıb. Valideynlərə mövzu ilə bağlı bəzi məsləhət verilib. Davamlı olaraq digər valideynlərlə də maarifləndirmə işi aparılacaq.