VI siniflərdə intellektual yarış keçirilib
11 dekabr 2017-ci il tarixdə VI siniflər arasında məktəbin psixoloqu Qəhrəmanova Röyanın təşkilatçılığı ilə intellektual yarış keçirilib. Yarışda 6 a, 6 b, 6 c sinif şagirdləri komanda şəklində yarışıblar. Yarışın keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyələrini müəyyən etmək, dünyagörüşünü öyrənməkdir. İştirak edən münsiflərin obyektiv qərarlarına əsasən 6 a sinfinin şagirdləri yarışın qalibi olublar. Sonda qalib komanda üzvləri fəxri fərmanlarla təltif olunublar. Biz də qalib komandanı təbrik edirik, onlara növbəti yarışlarda uğurlar arzulayırıq.