" Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi " nin II mərhələsinin qalibi olduq

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  15  noyabr  2017-ci il tarixli  228 və 229 nömrəli əmrlərinə əsasən ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və gənc kimyaçıların yaradıcılıq müsabiqələri keçirilir. Müsabiqələrin ikinci-rayon mərhələsi 2017-ci il 6-7 dekabr tarixlərdə  Pirallahı rayonunda yerləşən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirildi. Müsabiqədə  iştirak  edən  məktəbimizin  gənc kimyaçılar  komandası rayon  üzrə I, gənc  fiziklər  komandası  isə  rayon  üzrə  III  yerləri  qazandılar. I yeri  qazanmış  gənc  kimyaçılar  komandamız növbəti  final-şəhər  turuna  qatılacaq. Qalib  komandanın  rəhbəri və komanda üzvlərini  təbrik  edirik, final mərhələsində  onlara  uğurlar  arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi