IV və V siniflərdə bilik yarışı keçirilib
2017-2018-ci tədris ilinin “ Təhsildə keyfiyyət ili ” elan olunması ilə əlaqədar məktəbdaxili bilik yarışlarına start verilib. 7 dekabr 2017-ci il tarixdə məktəbin akt zalında tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevdanın təşkil etdiyi IV və V siniflərdə intellektual bilik yarışı keçirildi. Yarışın keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaq, intellektual səviyyələrini öyrənməkdir. Yarışda IV siniflər üzrə I yeri 4 a, V siniflər üzrə I yeri isə 5 b siniflərinin şagirdləri qazandılar. Sonda şagirdlərə fəxri fərmanlar təqdim olundu. Biz də qalib olan komandaları təbrik edirik, uğurlarının davamlı olmasını arzulayırıq.