Məktəbəhazırlıq qruplarında monitorinq keçirildi
“Təhsildə keyfiyyət ili” çərçivəsində məktəbəhazırlıq qruplarında monitorinq nəzərdə tutulub. Məqsəd məktəbəhazırlıq qruplarında təlimin təşkili və məzmunu məsələlərinin dəyərləndirilməsi, eləcə də qruplarda uşaqların təhsil nailiyyətlərinin qiymətləndirilməsidir. 13.10.2017-ci il tarixdə məktəbin məktəbəhazırlıq qruplarında monitorinq keçirildi. Dərs prosesində müəllimlərimiz fəal təlim metodlarından, forma və üsullardan bacarıqla istifadə etdilər. Azyaşlılar dərsdə verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirdilər. Dərsdinləmədə məktəbin direktoru Mansırova Mehparə və təlim-tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik iştirak etdilər və sonda dərs prosesini müsbət qiymətləndirdilər. Qeyd etdilər ki, dərs onlarda yüksək əhval-ruhiyyə yaratdı.