"Dövlət bayrağı Günü"nə həsr olunmuş tədbir keçirildi

    168 nömrəli tam orta məktəbdə “9 noyabr – Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının himninin sədaları ilə başlandı. Sonra məktəbin direktoru Mansırova Mehparə dövlət rəmzləri, bayrağımızın yaranma tarixi haqqında geniş məlumat verdi. O, çıxışında qeyd etdi ki, 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilib. Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Tarixin özü qədər qədim olan bir ölkənin, millətin müasir tarixinin ən önəmli hadisəsinə - müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız bu günlərdə daha möhtəşəm, daha şərəflə dalğalanır. Tədbir məktəblilərin hazırladıqları kompozisiyalar, vətənpərvərlik və bayrağa həsr edilmiş şeirlər, rəqs nömrələri , səhnəcik və mahnılarla davam etmişdir. Eyni zamanda Bayraq Günü ilə əlaqədar məktəbin ibtidai siniflərində sinif saatları təşkil edilmiş, şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi