Məktəbdə tibbi müayinələr başlayıb
“Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət proqramı”na əsasən 30.10.2017-ci il tarixində məktəbimizdə tibbi müayinələr başlandı. 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının terapevt, pediatr, allerqoloq, stomotoloq, oftolmoloq, nevropotoloq və digər ixtisaslı həkimləri şagirdləri tibbi müayinədən keçirdilər. Tibbi müayinələr zamanı şagirdlərdə heç bir ciddi xəstəlik aşkar olunmadı. Onu da qeyd edək ki, bir neçə şagirddə qan azlığı, onurğa sütununun əyilməsi, müxtəlif göz xəstəlikləri aşkar edildi. Həkimlər müayinələrin cavabları ilə şagirdlərin valideynlərini məlumatlandırdı və təkrarən xəstəxanada ambulator müayinələrdən keçməyə göndəriş verildi.