Müstəqillik gününə həsr olunmuş tədbir keçirildi

    18 oktyabr 2017-ci il tarixində Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin akt zalında Dövlət Müstəqilliyi gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Azərbaycanın Milli qəhrəmanı Bəxtiyar Allahverdiyev, rayon icra hakimiyyətinin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etdilər. Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə Vəzir Səfixanov Dövlət müstəqilliyimizin bərpası ilə əlaqədar geniş nitq söylədi. Qeyd edildi ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Vəzir Səfixanovun geniş çıxışından sonra tədbir müsiqiçilərin və məktəblilərin çıxışları ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi