Məktəbimizin İntellekt komandasını yaratmaq üçün yarışırıq

Bildiyimiz kimi ötən tədris ili intellektual oyunların keçirilməsi, bu cür oyunlarda iştirak baxımından məktəbimiz üçün çox uğurlu keçmişdir. Belə ki, şagirdlərimiz ötən tədris ilində çoxsaylı yarış və çempionatların qalibi olmuşdur. Bundan fərəhlənən və ilhamlanan müəllim və şagird kollektivimiz bu il bu cür yarışlara daha böyük maraq və ruh yüksəkliyi ilə hazırlaşır. Bu məqsədlə məktəbimizdə oktyabr ayı ərzində məktəbin intellektual şagirdlərini aşkarlamaq, intellektual yarışlara marağı artıqmaq və məktəbin İntellekt komandasını yaratmaq məqsədilə Azərbaycan İntellektual Oyunlar Asossiasiyasının təşkilati dəstəyi sayəsində 8, 9, 10, 11-ci siniflər arasında keçirilən "Məktəbli liqası" üzrə İntellektual Çempionata hazırlıq işləri aparılmış, rəhbərliyimiz tərəfindən bu yarışın keçirilməsinə böyük qayğı və diqqət göstərilmişdir. Sevindirici haldır ki, belə bir yarışın keçirilməsi təklifi məhz şagirdlərimiz tərəfindən gəlmişdir. Fikir azadlığı, müstəqil düşüncə, demokratik prinsiplərə uyğun olaraq yarışa rəhbərlik edəcək müəllim də məhz şagirdlərimizin öz seçimi olmuşdur. Şagirdlərimiz tərəfindən yarışın keçirilməsinə rəhbər seçilən ibtidai sinif müəlliməsi, məkətbin internet saytının və facebook səhifəsinin rəhbəri Əliyeva Nigar Azərbaycan İntellektual Oyunlar Assosiasiyasına (AİOK) sorğu göndərərək yarışın keçirilməsi üçün lazım olan dəstəyi, sual paketini əldə etmişdir. Yarışa hazırlıq işləri tamamlandıqdan sonra yarışda iştirak etmək üçün 8, 9, 10, 11-ci siniflər üzrə 9 komanda qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçən komandalar 8 a ("ADMİRAL", "VENİ VİDİ VİCİ"), 9c ("CHRONİCLES"), 10a ("REVERSE"), 10b ("DƏNİZ"), 10c ("REVOLVER", "ZERO"), 11a ("SABAH") komandaları olmuşdur. Qaydaya uyğun olaraq 8a və 10c siniflərini yarışda 2 komanda təmsil etmişdir. Yarışda prosesində münsiflər heyətinin üzvü olaraq məktəbimizin direktoru Mikayılov Şakir, direktorun təlim-tərbiyə işləri üzrə müavini Böyükkişiyeva Kəklik, direktorun tərbiyə işləri üzrə müavini Rəhimova Sevda və məktəb psixoloqu Qəhrəmanova Röya iştirak etmişdir. Qeyd edək ki, yarış zamanı obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə fənn müəllimləri münsif olaraq seçilməmişdir. Çünki həmin müəllimlər, müvafiq fənn müəllimləri olmaqla yanaşı həm də yarışda iştirak edən komandaların sinif rəhbərləri vəzifəsini daşıyırlar. Daha bir sevindirici haldır ki, məktəbimizin 10-cu sinif şagirdi, informatika fənni üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülən və bu fənn üzrə çoxsaylı uğurlar qazanan Əliyev Urfan məhz yarış üçün xüsusi olaraq bal hesablayan, səhv düz cavabları qeydə alıb reallığı, dəqiqliyi təmin edən proqram hazırlamışdır. Yarış prosesində komandaların düzgün və səhv cavablarının qeydi proyektor vasitəsilə oyun zamanı azarkeşlər və komanda üzvləri üçün iri planda divarda öz əksini tapan həmin proqram vasitəsilə hesablanmışdır. Yarışın yekununda Xc sinfini təmsil edən “Revolver” komandası I yerin, Xc sinfini təmsil edən digər komanda “Zero” II yerin, Xa təmsil edən “Reverse” və Xb sinfini təmsil edən “Dəniz” komandası III yerin qalibi olmuşdur. Yarışdan sonra məktəbimizin direktoru Mikayılov Şakir qalib gələn komanda üzvlərini öz otağında qəbul etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış, bu cür şagirdlərlə fəxr etdiyini bildirərək onları diplomla təltif etmişdir. Məktəbimizin bütün pedaqoji heyəti və rəhbərliyi adından Azərbaycan İntellektual Oyunlar Asossiasiyasının rəhbərliyinə yarışın keçirilməsində bizə dəstək olduqları üçün sonsuz təşəkkürlərimizi bildirir, yarışın yekununda yaratdığımız İntellekt komandamızın üzvlərinə qarşıdakı yarışlarda bizi uğurla təmsil etməyi arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi