15 sentyabr - Bilik Günüdür
15 sentyabr “Bilik günü” ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi məktəbimizdə də geniş və təntənəli şəkildə qeyd olundu. Ənənəvi olaraq mərasim ilk öncə Dövlət Himnimizin səslənməsi ilə başlandı. Daha sonra çıxış edən məktəb direktorumuz Mikayılov Şakir çıxış edərək yeni tədris ilinin başlanması və “Bilik günü” münasibəti ilə məktəb kollektivini təbrik etmiş, onlara gələcək tədris illərində uğurlar arzulamışdır. O, öz çıxışında qeyd etdi ki, son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci tədris ili ölkənin bütün ümumtəhsil məktəblərində “Təhsildə keyfiyyət ili” elan olunub. Tədbirin davamında çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı öz çıxışında yeni tədris ilinin başlanması və “Bilik günü” münasibəti ilə məktəb kollektivini təbrik etmiş, onlara gələcək tədris illərində uğurlar arzulamışdır. Qeyd edək ki, bu ilki “Bilik günü”-nü digərlərindən fərqləndirən xüsusi cəhətlərdən biri də ilk dərslərin Təhsil Naziri cənab Mikayıl Cabbarovun əmrinə əsasən “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunması oldu. Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə 15 sentyabr tarixində siniflərdə keçilən ilk dərslərdə müəllimlərimiz şagirdlərə zəruri məlumatlar çatdırıb. Qeyd edək ki, Cocuq Mərcanlıda 24 ildən sonra ilk dəfə məktəb zəngi çalınıb.