15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir

İyun ayının 13-də 168 nömrəli tam orta məktəbin akt zalında Pirallahı Rayon Icra Hakimiyyətinin və YAP Pirallahı Rayon Təşkilatının təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirildi.Dövlət himnimizin səsləndirilməsindən sonra tədbiri açıq elan edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı olmadığını, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd etdi. Natiq öz çıxışında qeyd etdi ki, vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir! Daha sonra çıxış edən məktəbimizin direktoru Mikayılov Şakir öz çıxışında bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, dövləti olmayan xalq ölümə məhkumdur, dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, xaosdan qurtuluş deməkdir!Ş. A. Mikayılov vurğuladı ki, əslində Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi. Şimaldan, cənubdan və qərbdən çirkin əllərini ölkəmizə uzadan mənfur niyyətli məkrli siyasətbazların qarşısına möhkəm bir sədd çəkildi. Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsindən sonra Azərbaycan dövlətinin xilası və gələcəyinin müəyyənləşdirilməsi məsuliyyəti Ulu Öndərin üzərində qaldı. Tədbir zamanı Aşıq Telman Kərimovun, muğam ifaçıları Xəqani Niftəliyevin və Mütəllim Dəmirovun, müğənni Arzu Cəbrayılovun, Bakı Mühəndislik Universiteti ansamblının, Pirallahı rayonu ərazisində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdlərinin çıxışları bayrama xüsusi rəng qatmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi