PİSA əsaslı sınaq qiymətləndirilməsi keçirildi

Məktəbimizdə 12 iyun tarixində məktəbin 2012-ci il təvəllüdlü şagirdləri arasında PİSA əsaslı sınaq qiymətləndirilməsi keçirildi. İmtahanın keçirilməsində məqsəd növbəti il PİSA əsaslı təqdiqatlarda iştirak edəcək şagirdlərin ilkin vəziyyətiin müəyyənləşdirilməsidir. Məktəbimizdə təşkil olunmuş imtahanda həmçinin digər məktəblərin 243, 235, 186 və s. məktəblərin şagirdləri də iştirak etmişlər. Birinci növbədə keçirilən dərsləri nəzərə alaraq, dərslərə mane olmamaq üçün qiymətləndirmənin vaxtı günün ikinci yarısına təyin edilmişdir. Həmçinin şagirdləri imtahanda müşayət edəcək valideyn və müəllimlər üçün gözləmə otaqları da əvvəlcədən müəyyənləşdirilib hazırlanmışdır. İmtahan müddətində məktəbimizdə fəaliyyət göstərən musiqi, texnologiya, fiziki tərbiyə müəllimləri imtahanın gedişatına nəzarət ediblər. Qiymətləndirmənin nəticələrinin yay ərzində təhlil edilməsi, növbəti tədris ili üçün uyğun metodiki dəstəyin göstərilməsi planlaşdırılır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi