"Mən sülhə səs verirəm" adlı tədbir keçirildi

Dünyada yaşayan sağlam düşüncəli insanlara dinindən, dilindən, irqindən asılı olmayaraq azad yaşamaq üçün sülh lazımdır. Sülh bütün insanların arzusudur. Bu arzularını həyata keçirmək üçün 168 nömrəli tam orta məktəbin I "A" sinif şagirdləri sinif rəhbərləri Muradova İradənin rəhbərliyi və təşkilatçılığı ilə bir araya gəlib “Mən sülhə səs verirəm” adlı tədbir keçirdilər.Birincilər əllərində Azərbaycan və digər ölkələrin bayraqları və sülh rəmzi olan göyərçinlərlə zala daxil oldular. Öz sülh missiyalarını həyata keçirmək üçün şeirlər, mahnılar, hikmətli kəlamlar söyləyib “Göyərçinik biz” mahnısını oxudular. Böyük bir göyərçin maketinin üzərinə şəkillərini vurdular. Rəmzi olaraq göyərçin havaya qalxdı. Tədbirin gedişatı prosesində balaca fidanlar çıxış etdilər. Onlar öz çıxışlarında bildirdilər ki, biz sülh istəyirik. Biz dinc yaşamaq və oxumaq istəyirik. Müharibə ölümdür, dəhşətdir. Bütün dünyaya sülh gərəkdir. Qoy bütün dünyada insalnar sakit yaşasın. Həmişə sülh olsun, əmin-amanlıq olsun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi