28 May - Respublika gününə həsr olunmuş tədbir keçirildi
26. 05. 2017-ci il tarixində 168 nömrəli tam orta məktəbin akt zalında 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi ilə əlaqədar təntənəli bayram tədbiri keçirildi. Tədbirdə Pirallahı RİH əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Əvvəlcə tədbir iştirakçıları rayon məktəblilərinin əl işlərindən ibarət sərgiyə baxdılar. N saylı hərbi hissənin orkestrinin ifasında Dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar geniş nitq söylədi. Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Biz bu gün də Cümhuriyyətin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. V. Səfixanov qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi ilə gündən-günə daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da önəmli bir ölkə mövqeyinə yüksələn Azərbaycan bütün sahələrdə yeni nailiyyətlər əldə edəcək. Bayram tədbiri 28 May – Respublika Gününə həsr olunmuş konsert proqramı ilə davam etdirildi. Tədbirdin gedişatı prosesində şagirdlərimizin ifasında nümayiş etdirilən şeirlər, mahnılar tədbir iştirakçıları tərəfindən böyük heyrət, maraq hissi və gurultulu alqışlarla qarşılandı. Tədbirin sonunda Qızıl Aypara cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tərəfindən kimsəsiz, tənha və imkansız ailələrə bayram sovqatı paylanıldı.