Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflərdə monitorinq imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən 23 may 2017-ci il tarixdə Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq səviyyəsini yoxlamaq üçün Azərbaycan dili və Riyaziyyat fənlərindən monitorinq imtahanı keçirildi. Təlimata uyğun olaraq hər birində 16 nəfər olmaqla 4 zal ayrıldı və bir qeyri-ixtisas müəllimi nəzarətçi təyin edildi. İmtahan uğurla başa çatdı. Bu isə onu göstərir ki, şagirdlərimiz monitorinq imtahanlarına məsuliyyətlə yanaşır, imtahanların yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirlər görülür. Monitorinqin nəticələri məktəb rəhbərliyi və metodbirləşmə sədrləri ilə müzakirə olundu, həmçinin valideyn iclasında bu barədə məlumat verildi. Monitorinq test imtahanı şagirdlərin zəif nəticələrini aşkar etməklə yanaşı həm də, onların buraxılış imtahanlarına məsuliyyətini artırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi