IV siniflərdə məktəbdaxili monitorinq imtahanı keçirildi
17. 05. 2017-ci il tarixində məktəbimizin IV siniflərində məktəb rəhbərliyi tərəfindən məktəbdaxili monitorinq imtahanı keçirildi. Məqsəd dördüncülərin ibtidai təhsil pilləsi ərzində qavradıqları bilikləri diaqnostik olaraq yoxlamaq idi. Monitorinq imtahanı Ana dili və Riyaziyyat fənnləri üzrə keçirilirdi. Suallar 4 illik təlim proqramı əsasında hazırlanmış, 4 il ərzində tədris olunmuş mövzulardan tərtib olunmuşdu. Monitorinq 1 saat davam etdi. İmtahan bitdikdən sonra sual vərəqələri yığışdırılaraq cavablar yoxlanıldı və nəticələr barədə dördüncülərin sinif rəhbərləri ilə müzakirələr aparıldı .Monitorinqlərin keçirilməsi şagirdlərə il ərzində aşılanan bilik və bacarıq vərdişlərinin nəticəsini üzə çıxarır. Keçirilən imtahanlar zamanı bu cür imtahanların təşkilinin valideyn və şagirdlərdə böyük maraq, ruh yüksəkliyi yaratmasının şahidi olduq.