"Yol hərəkəti qaydalarını öyrənirik” adlı tədbir

Respublika ərazisində cari ilin 10 sentyabr-10 oktyabr tarixlərində “Diqqət uşaqlar” devizi altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 03 sentyabr 2015-ci il tarixli əmrinin icrası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tövsiyə xarakterli məktubuna əsasən, məktəbimizdə sentyabrın 10-dan oktyabrın 10-dək hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi ilə bağlı tədbirlərə start verilib. Məktəbimizin yerləşmə mövqeyi yol təhlükəsizliyi baxımından narahatlıq doğurduğu üçün məktəb rəhbərliyimiz bu məsələyə çox həssas yanaşır. Bu baxımdan hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində məktəbimizin pedaqoji heyətinin, şagirdlər və onların valideynlərinin iştirakı ilə maarifləndirici söhbətlər, “dəyirmi masa”lar, nümunəvi dərslər, izahat xarakterli diskussiyalar, praktiki məşğələlər keçirilməsi, videosüjetlərə, filmlərə kütləvi baxışlar təşkil edilməsi nəzərdə tutulmşdur. Bu cür maarifləndirici silsilə tədbirlərin bir zənciri olaraq bu gün məktəbimizdə “Diqqət uşaqlar!” devizi altında hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində “Yol hərəkəti qaydalarını öyrənirik” adlı tədbir keçirilib. Tədbirin məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.Məktəbimizin akt zalında təşkil olunan tədbirdə 150-dən çox ibtidai sinif şagirdi, onların müəllimləri və valideynləri, eləcə də polis polkovnik leytenantı, Pirallahı Rayon polis idarəsinin müavini cənab Fəxrəddin Babayev, yol polisi Elçin Əhmədov, Pirallahı rayon icra aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynov iştirak ediblər. Cənab Fəxrəddin Babayev şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanması məqsədilə "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat xarakterli maarifləndirici məruzə ilə çıxış edib. Tədbirin gedişatı prosesinin yekununda qonaqlar şagirdləri və valideynləri maraqlandıran sualları cavablandırıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi