Üzeyir Hacıbəyovun 130 illik yubileyi - Musiqi Günü məktəbimizdə qeyd edildi

18 sentyabr - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun dünyaya göz açdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 18-i ölkəmizin hər yerində silsilə tədbirlərlə yadda qalır.18 sentyabr tarixində məktəbin direktorunun tərbiyə işləri üzrə təşkilatçı müavini Rəhimova Sevda, musiqi müəllimi Cabbarova Təranə və Uşaq Birliyinin Rəhbəri Abasova Zülfünazın rəhbərliyi və təşkilatçılığı ilə qüdrətli sənətkar, Azərbaycan musiqisinin klassiki, ictimai xadim, peşəkar musiqi sənətinin və milli operanın banisi Ü. Hacıbəyovun 130 illiyinə həsr olunmuş elmi-bədii kompozisiya keçirilmişdir. Tədbir Üzeyir Hacıbəyovun Əhməd Cavadın sözlərinə bəstələdiyi Azərbaycan Respublikasının Dövlət Himninin möhtəşəm sədaları altında başlamışdır.Tədbiri giriş sözü ilə açan məktəbin musiqi müəllimi Cabbarova Təranə tədbir iştirakçılarını Musiqi Günü münasibətilə təbrik etmiş və bildirmişdir ki, “Sentyabrın 18-i Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Təranə xanım öz çıxışında həmçinin bildirmişdir ki, Üzeyir Hacıbəyov bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəyovun 107 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlanmışdır. Üzeyir Hacıbəyov yaradıcılığının kulminasiya mərhələsi "Koroğlu" operası isə xalqımızın milli-mənəvi ruhunun, igidlik, qəhrəmanlıq salnaməsinin təcəssümüdür.Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra müxtəlif musiqi nömrələri, rəngarəng kompozisiyalar, səhnəciklərlə əsl musiqi bayramı ovqatı bəxş edəcək səviyyədə tərtib olunan bəddi hissə məktəbin VI, VII və VIII sinif şagirdlərindən ibarət xor kollektivinin ifasında “ Leyli və Məcnun “ operasından “ Şəbi hicran “ xoru ilə başladı. Dahi bəstəkarın” Arşın mal alan” operattasından və “ O olmasın , bu olsun” musiqili komediyasından səhnəciklər göstərildi. Şagirdlərin ifasında səsləndirilən “Koroğlu” üverturası, “Cəngi” ilə yanaşı bəstəkarın şagirdlərimizin ifasında səslənən bir çox əsərləri, mahnıları tədbirin gedişi prosesində valideynlərin və müəllimlərin sevincinə səbəb olmuşdur. Sonda korifey sənətkar haqqında video-çarx nümayiş olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi