“Ölkəmizi tanıyaq” - Gəncəyə səyahətimiz

Məktəbimizin davamlı olaraq həyata keçirilən ən yaxşı ənənələrindən biri də mütəmadi olaraq respublikamızın tarixi, gəzməli, görməli məkanlarına təşkil olunan ekskursiyalardır. Həm müəllimlər, həm də şagirdlərimiz bu səfərləri çox xoşlayır. Tədris ili ərzində mütəmadi həyata keçirilən bu ekskursiyalardan ilin sonunda təşkil olunan ekskursiyanın kiçicik bir fərqi olur. Belə ki, hər ilin iyun-iyul ayları ərəfəsində dərs ilinin şərəfli, məsuliyyətli, xoş olduğu qədər də cəfalı, əziyyətli olan yükündən müvəqqəti olaraq azad olan, sıravi müəllim kollektivindən çox, geniş mehriban bir ailəni xatırladan 168 saylı tam orta məktəbin pedaqoji heyətinin üzvləri yekun səyahətlərini sevimli şagirdlərinin iştirakı olmadan həyata keçirirlər. “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin dilbər, səfalı olduğu qədər də şəfalı, gözəlliklərlə zəngin olan guşələrini səyahətə çıxan müəllimlərimizin bu dəfəki səfəri qədimliyini qorumaqla yanaşı, eyni zamanda müasirliyin beşiyi , Nizami yurdu, igidlər məskəni, qoşa çinarlar diyarı olan Gəncəmizə, eləcə də Gəncənin Hacıkənd, Toğana qəsəbəsinə doğru istiqamətlənmişdi. Gəncə şəhərinin tarixi, əzəmətli, saymaqla bitməyən möhtəşəm məkanlarını seyrə çıxan müəllimlərimiz ekskursiyadan çox məmnun qalaraq, gün ərzində unudulmaz, yaddaqalan, sevinc dolu anlar yaşamışlar.Səyahət ərəfəsində müəllimlərimizə qarşı göstərilən sonsuz hörmət və qayğıya görə Gəncə şəhər Quşqara bələdiyyəsinin sədri cənab Şamil Əliyevə, eləcə də müəllimlərimizin Gəncədə qarşılanması, yola salınması əziyyətini öz üzərinə götürərək, səyahət boyu bizi tək qoymayaraq kollektivimizə bələdçilik edən, şəhərin tarixi abidələrini, muzeylərini, parklar və digər gəzməli-görməli yerlərini gəzmək üçün nəqliyyat vasitəsinin təşkilini təmin edən Quşqara bələdiyyəsinin müavini cənab Şahbaz İbrahimova bütün müəllim kollektivimiz adından təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi