“Gigiyenik qaydalara düzgün əməl edək” mövzusunda silsilə təbirlər keçirildi
Hər bir dövlətin və cəmiyyətin uğurlu inkişafı onu təşkil edən şəxslərin – vətəndaşların necə inkişaf etməsindən asılıdır. Məktəbimizdə 800 nəfərə yaxın şagird təhsil alır. Məktəb rəhbərliyi, tibb bacısı və texniki işçilərimiz hər zaman şagirdlərimizin gigiyenik qaydalara əməl etməsinə ciddi nəzarət edirlər. Pirallahı rayon 10 saylı BŞX-nın həkimləri tərəfindən şagirdlər arasında “Gigiyenik qaydalara düzgün əməl edək”, “Təmiz əllər sağlamlığın rəhnidir” mövzusunda informasiya – maarifləndirmə kompaniyası bizim məktəbdə də həyata keçirildi. Şagirdlərə izah olundu ki, sanitar – gigiyenik qaydalara əməl etmək sağlamlıq üçün vacib şərtlərdən biridir. Ekoloji tarazlığın pozulduğu bir zamanda yaşadıqları üçün onlara sağlamlığa zərər vuran hər bir vasitədən qorunmaları tövsiyə olundu. Tibb bacıları və həkimlər “Təmiz əllər sağlamlığın rəhnidir” devizilə məktəbimizin bütün siniflərində şagirdləri maarifləndirmək məqsədi ilə söhbət apardılar. Məktəbimizin akt zalında keçirilən “Əllərin gigiyenası” tədbiri zamanı Pirallahı rayonu 10 saylı BŞX-nın həkimi Almaz xanım və məktəbimizin tibb bacısı Könül xanım şagirdlərə izah etdilər ki, ətrafdakı mikroblar və bakteriyalar daha çox əllər və yaxşı yuyulmamış ərzaqlar vasitəsi ilə orqanizmə daxil olur, bu da müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Buna görə də hər bir kəs şəxsi gigiyena qaydalarına əməl etməklə öz sağlamlığını qorumalıdır. Əllərin, dırnaqların, ağız boşluğunun, geyim və əşyaların təmiz saxlanılması şəxsi gigiyenanın əsas şərtlərindəndir. Şagirdlərə təkcə yoluxma yolları deyil, mikroblardan qorunma üsulları da izah olundu. Bu zaman müxtəlif vasitələrdən istifadə etmələri tövsiyə edildi. Belə vacib vasitələrdən biri də ekoloji tələblərə cavab verən içməli sudur. Su ilə maksimum dərəcədə yoluxmadan qorunmaq mümkün olduğu diqqətə çatdırıldı. İzah olundu ki, hər bir şəxs su vasitəsi ilə öz şəxsi gigiyenasına əməl etməklə öz sağlamlığını qorumağı bacarmalıdır. Sağlam bədəndə də sağlam ruh olar. Bu ruhda böyüyüb tərbiyə olan məktəblilərimiz vətənimiz, xalqımız üçün layiqli vətəndaş olacaqlarına inamımızı daha da artırır.