“Olimpiya hərəkatı 2017” layihəsi çərçivəsində badminton idman növü üzrə də rayon birincisi olduq
Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində rayondaxili yarışlar davam edir. 10 aprel tarixində keçirilən "Olympic Moves-2017" Pirallahı rayonu üzrə badminton idman növündə məktəbimizin komandası 1-ci yerə layiq görüldü. Qarşılaşmalar 5 idman növü–voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilir. Mart ayının əvvəllərindən start götürən rayondaxili yarışlar iyun ayına qədər davam edəcək. Məktəbimizin bu yarışlar çərçivəsində uğurları köksümüzü qabardır, üzümüzü güldürür. Belə ki, badminton üzrə I yerin qalibi olan komandamız daha öncə də velosiped və basketbol üzrə I yerin, qaçış üzrə isə II yerin qalibi olmuşdu. Qeyd edək ki, “Olimpiya Hərəkatı-2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.